Skip to content

elnurvl/congratulations

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

5 Commits
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Repository files navigation

Congratulations

Sizə Facebookda təbrik mesajı yazan şəxslərin siyahısı lazımdır? Özünüzün tək-tək bu şəxslərin adını seçməyə vaxtınız yoxdur?

Elə isə Təbriklər tətbiqindən istifadə edin!

Bir kliklə sizə təbrik mesajları yazmış şəxslərin siyahısını əldə edin: beləcə siz insanlara diqqətinizi bildirmək üçün əldə etdiyiniz siyahını növbəti paylaşacağınız statusda qeyd edə bilərsiniz.

Hacker mode

Ad siyahısını sadəcə təbrik sözlərinə görə yox, həmçinin öz kriteriyanıza görə də çıxara bilərsiniz. Bunun üçün "hacker mode"u yandırıb söz siyahısını kontekstə uyğun olaraq dəyişməniz kifayətdir: bildirdiyiniz tarix aralıqlarında sizə qarşı bu sözləri işlədən şəxslərin siyahısı qarşınızda olacaq.

Nümunə 1

Siz son 2 il ərzində sizə sevgi mesajları yazanların adlarını öyrənmək istəyirsiniz.

  1. "Hacker mode"u yandırırsınız.
  2. Tarix aralığını son 2 ili əhatələyəcək şəkildə seçirsiniz.
  3. Söz siyahısında təbrik sözlərini sevgi sözləri ilə əvəz edirsiniz.
  4. Get Names düyməsinə basırsınız.

Nümunə 2

Siz son 1 ayda sizə qarşı mənfi fikir yazan şəxsləri müəyyənləşdirmək istəyirsiniz.

  1. "Hacker mode"u yandırırsınız.
  2. Tarix aralığını son 1 ayı əhatələyəcək şəkildə seçirsiniz.
  3. Söz siyahısına təxmin etdiyiniz mənfi sözləri(vulqar ifadələr, təhqir və s.) yazırsınız.
  4. Get Names düyməsinə basırsınız.

Quraşdırma

Əgər quraşdırılmayıbsa buradan Node.js yükləyin. Daha sonra terminalı açıb kodların yerləşdiyi baş qovluğa keçin. Aşağıdakı sətr qovluğu yüklədiyiniz yerdən asılı olaraq fərqli ola bilər:

cd [baş qovluğun ünvanı]

Kodla işləməzdən öncə lazımi kitabxanaları yükləyin:

npm install

Kodlarla işləyən zaman dəyişikliklərin canlı tətbiq olunması üçün proqramı lokal mühitdə (öz kompüterinizdə) aşağıdakı əmr ilə işə salın və terminalda çıxan linkə daxil olun:

npm run dev

Proyekti hostinq mühitində bir server kimi qaldırmaq istəyirsinizsə onda yuxarıdakı əmr əvəzinə hostinq mühitində bu sətirləri bir-birinin ardınca icra edin:

npm run generate
npm run start

Əgər hostinqinizdə terminala çıxışınız yoxdursa və birbaşa hazır faylları(HTML, CSS, Javascript) köçürmək istəyirsinizsə onda lokal mühitdə aşağıdakı əmri icra edin:

npm run generate

Yaradılan faylları baş qovluğun içərisindəki dist qovluğunda tapa bilərsiniz.

Facebook tətbiqinin inteqrasiyası

Sayta öz Facebook tətbiqinizi inteqrasiya etmək üçün app.html faylında, <script> teqi içərisindəki appId nömrəsini Facebook tərəfindən sizin tətbiqə verilmiş nömrə ilə əvəz edin. Facebook tətbiqinin quraşdırılması ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

SSL

Facebook tətbiqləri SSL(HTTPS) aktiv edilməyən saytları dəstəkləmir. Cloudflare vasitəsilə saytınız üçün pulsuz SSL sertifikat əldə edə bilərsiniz. localhost.crt sertifikatından istifadə edən zaman isə brauzerinizin təhlükə xəbərdarlığı verməsi normaldır. Server lokal mühitdə qaldırıldığı halda xəbərdarlığı nəzərə almadan sayta daxil olun.

İcazələr

Proqramın, istifadəçilərin Facebook məlumatlarına çıxış əldə edə bilməsi üçün Facebook tətbiqinizin aşağıdakı icazələri aldığına əmin olun:

  • pages_messaging
  • pages_manage_metadata
  • pages_read_engagement

Qeyd: pages_messaging icazəsinin verilməsi üçün yaratdığınız hər hansı bir səhifə üçün müvəqqəti webhook quraşdırmalısınız. Bu webhook yoxlanma əsnasında səhifənizə göndərilən mesajlara avtomatik cavablar verə bilməlidir. Ətraflı təlimatla buradan tanış ola bilərsiniz.

Qeyd 2: Facebook tərəfindən verilən icazələr son 90 gün ərzində istifadə edilmədiyi təqdirdə geri alınır. Bu halda icazələri bərpa etmək üçün yenidən müraciət göndərməli olacaqsınız.

Yuxarıdakı icazələrdən əlavə, tətbiqin Facebook tərəfindən təsdiqlənməsi də lazımdır. Tətbiqinizi fərdi proqramçı kimi təsdiqlətdiyiniz halda passportunuzu göstərməniz kifayət olacaq. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ümumilikdə icazə və təsdiqlənmə müraciətlərinizə Facebook tərəfindən bir neçə saat ərzində cavab verilir.

Planlaşdırılır

  • Ad siyahısının səhifədə avtomatik dərc olunması

Məxfilik

Tətbiqin normal fəaliyyəti üçün istifadəçi Facebook hesabından giriş etməli və istənilən icazələri təsdiqləməlidir. Server özündə istifadəçiyə dair heç bir şəxsi məlumatı işləmir, saxlamır. Bütün məlumat prosessinqi istifadəçinin cihazında həyata keçirilir, serverə heç bir şəxsi məlumat göndərilmir.

Məhdudiyyətlər

Facebook, tətbiqlərin yalnız səhifə mesajlarını oxumasına icazə verir. Sayt vasitəsilə şəxsi mesajlarınızı analiz edə bilməzsiniz.

Lisenziya

Proqram kodlarından istifadə MIT lisenziyasına əsasən tənzimlənir.